Xəbər lenti

Obama restoran hesabını verə bilmədi - Pulu xanımı ödədi
Dünya19:45 17.10.2014

Obama restoran hesabını verə bilmədi - Pulu xanımı ödədi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
ABŞ prezidenti Barak Obama bildirib ki, restoranda bank kartı ilə hesabı ödəyə bilməyib.

Musavat.com xəbər verir ki, bu barədə məlumatı NBC yayıb.

Olay ötən ay BMT Baş Assambleyası dövründə Nyu-Yorkda baş verib.

“Mən ofisianta izah eləməyə çalışdım ki, kartım keçərlidir. Yəqin ki, kart bloka salınıb. Çünki, çoxdandır ondan istifadə etmirdim. Bank isə hesab edib ki, mənim hesabımdan dələduzluq üçün istifadə olunur və imtina edib”, - Barak Obama deyib.

ABŞ prezidenti deyib ki, xoşbəxtlikdən, Mişel Obama hesabı ödəyə bilib. Onda işlək kart var imiş.

 
Qaynar.info