ABŞ prezidenti Barak Obama Argentinada ailəsi ilə birlikdə iştirak etdiyi ziyafət gecəsində tanqo oynayıb.
Argentinaya səfər edən prezident rəsmi görüşdən sonra ziyafət gecəsinə qatılıb. Ziyafət gecəsində rəqqasə Obamanı tanqo rəqsinə dəvət edib. Argentina prezidenti Makri Maurisionun təkidindən sonra Obama peşəkar rəqqasə ilə tanqo oynayıb. Obamanın rəqsi ziyafətdə iştirak edən qonaqlar tərəfindən maraqla qarşılanıb.
Qeyd edək ki, Barak Obama əvvəllər də səfərdə olduğu müxtəlif ölkələrdə öz rəqs bacarığını nümayiş etdirib. (baku.ws)