Xəbər lenti

Obamadan Ərəb yarımadasına üzrxahlıq zəngi
Dünya16:46 15.07.2015

Obamadan Ərəb yarımadasına üzrxahlıq zəngi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
ABŞ Prezidenti Barak Obama ilə Səudiyyə Ərəbistanı Kralı Salman bin Əbdüləziz əl Səud və Birləşmiş Ərəb Əmirliklərinin vəliəhdi Məhəmməd əl Nəhyan arasında telefon danışığı olub.
 
Axar.az xəbər verir ki, Ağ Evdən verilən açıqlamada Obamanın liderlərlə danışığında əsasən İranla əldə olunan nüvə razılığı müzakirə edilib:
“Barak Obama İranla əldə olunan razılığın sülh məqsədli olduğunu, Tehranın nüvə silahı əldə etmək istədiyi təqdirdə bu razılaşmanın dərhal ləğv ediləcəyini qeyd edib”.
Eyni zamanda ABŞ prezidenti körfəz ölkələri ilə birlikdə İranın bölgədə tarazlığı pozmasına qarşı mübarizə aparacaqlarını vurğulayıb:
“İranın bölgədə yaradacağı problemlərə qarşı biz də dostlarımızın müdafiə qüvvələrinə köməkçi olacağıq və bölgədəki problemləri birlikdə həll edəcəyik”, - deyə bildirib.
Qaynar.info