
"ABŞ Yaponiyada növbəti Krım ssenarisinin baş verməsinə imkan verməyəcək".
Avropa.info xarici mətbuata istinadən xəbər verir ki, Barak Obama Yaponiyanın Çinlə sərhədində Şərqi Çin dənizindəki Senkaku adalarına qarşı ərazi iddiası ilə bağlı mövqeyini aşıqlayarkən deyib.
Obama bəyan edib ki, bu adalar Yaponiyaya məxsusdur və Yaponiya ilə ABŞ-ın təhlükəsizlik sahəsində imzaladığı müqaviləyə əsasən Vaşinqton Yaponiyanı gözləyən istənilən təhlükədən birbaşa qorumağa məsuldur: “Bu baxımdan Senkaku adası da iki ölkə arasındakı qarşılıqlı təhlükəsizliklə bağlı imzaladığı müqavilənin 5-ci maddəsinin təsir dairəsinə düşür. Ona görə də biz lazımı anda Yaponiyanı müdafiə etməyə borcluyuq”.
Qaynar.info