Xəbər lenti

Odessa Xalq Respublikası yaradıldı
Dünya10:51 16.04.2014

Odessa Xalq Respublikası yaradıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Odessada antimaydançılar “Odessa Xalq Respublikası”nın yaradıldığını bəyan edib. 

Anspress-in məlumatına görə, bu barədə Rusiya mətbuatı yazır. Antimaydançılar xalqı Odessa vilayətinə gələn bütün yolları bağlamağa çağırıb.

“Bu gün Odessa vilayəti Odessa Xalq Respublikası elan edilib. Bu respublikada hakimiyyət yalnız Odessa xalqına məxsusdur”, deyə antimaydaçıların bəyanatında deyilir.

Bundan başqa antimaydançılar xalqı vilayətə gələn yolları bağlamağa, avtomobillərin girişinə mane olmağa çağırıb.

Qaynar.info