Xəbər lenti

Dünya 17:05 21.01.2024

Ölkə prezidenti konsertə rəsmi helikopterlə getdi, tənqid olundu

Filippin prezidenti kiçik Ferdinand Markos Britaniyanın "Coldplay" qrupunun konsertində iştirak etmək üçün prezident helikopterindən istifadə etdiyi üçün tənqid atəşinə tutulub. 

Qayanrinfo xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Prezidentin Təhlükəsizlik Qrupu açıqlamasında dünyanın ən böyük qapalı arenası olan "Filippin Arena"ya 40.000 tamaşaçının gəldiyini və bunun marşrut boyu gözlənilməz nəqliyyat çətinliklərinə səbəb olduğunu vurğulayıb. Bu, tədbirdə iştirak etməyi planlaşdıran kiçik Ferdinand Markos və ailəsi üçün təhlükəsizlik boşluğu yaradıb. Nəticədə dövlət başçısı prezident helikopterinin istifadə edib.

"Lakin sosial media istifadəçiləri hakimiyyəti təxminən 40 il əvvəl sona çatan güclü prezidentin oğlu və adaşı Markos tərəfindən vergi ödəyicilərinin pullarının belə israf edilməsini tənqid etdilər", deyə "Reuters" yazıb.

Belə ki, internet istifadəçiləri Markosu vəzifə səlahiyyətlərindən sui-istifadədə və hökumət resurslarından sui-istifadədə ittiham ediblər.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?