Xəbər lenti

Ofeliya Sənani xəstəxanaya yerləşdirildi
Ölkə 17:00 16.12.2024

Ofeliya Sənani xəstəxanaya yerləşdirildi

Xalq artisti Ofeliya Sənani xəstəxanaya yerləşdirilib. 

Qaynarinfo "Axşam.az”a istinadən xəbər verir ki, ötən gecə teleaparıcının səhhəti pisləşib. Təcili yardım çağırılıb və o, xəstəxanaya aparılıb.

O.Sənaninin nəvəsi açıqlamasında nənəsinin hazırda xəstəxanada olduğunu, müalicə aldığını bildirib.

Məlumata görə, 83 yaşlı aparıcının ağciyərində problem yaranıb.

Xatırladaq ki, aylar öncə də Xalq artisti infarkt keçirmiş və xəstəxanaya yerləşdirilmişdi.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->