Xəbər lenti

Olaf Şoltsdan Ukrayna ilə bağlı vacib mesaj
Dünya08:22 29.06.2022

Olaf Şoltsdan Ukrayna ilə bağlı vacib mesaj

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
NATO müttəfiqləri Rusiyaya qarşı müharibədə Ukraynanı lazım olduğu müddətcə silahla təmin etməyə davam edəcəklər.
Qaynarinfo "Reuters” xəbər agentliyinə istinadla xəbər verir ki, bu sözləri Almaniya kansleri Olaf Şolts deyib.
"Yaxşı ki, burada toplanan ölkələr, həmçinin bir çox başqaları da Ukraynanın özünü müdafiə edə bilməsi üçün maliyyə vəsaitləri, humanitar yardımlar, həm də Ukraynanın təcili ehtiyacı olan silahlarla təmin edilməsi üçün öz töhfələrini verirlər”, - Şolts NATO sammitinin ikinci günündə jurnalistlərə deyib. 
"Mesaj budur ki, biz bunu davam etdirəcəyik - və bunu intensiv şəkildə Ukraynanı lazım olana qədər özünü müdafiə edə bilməsinə imkan vermək üçün davam etdirəcəyik", - o əlavə edib.
Nurlan Hüseynov