Xəbər lenti

Olimpiadaya gedənlər canlı yayımda yola salınacaq - Azərbaycanda ilk dəfə
İdman16:15 01.08.2016

Olimpiadaya gedənlər canlı yayımda yola salınacaq - Azərbaycanda ilk dəfə

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycanın "CBC Sport" telekanalı daha bir yeniliyə imza atmağa hazırlaşır.

Qaynarinfo.Az xəbər verir ki, bu telekanal Olimpiya oyunlarına yola düşən milli komandamızı Heydər Əliyev Beynəlxalq Hava Limanından yola salacaq.

Bu gün saat 22:00-dan etibarən bu görüntülər "CBC Sport"un canlı efirində olacaq. Canlı yayım zamanı hava limanında əsas medal ümidlərimiz, Olimpiya çempionlarımız, idman ictimaiyyətinin nümayəndələri və valideynlərin fikirlərinə yer veriləcək.

Qeyd edək ki, Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək Yay Olimpiadası avqustun 5-də start götürəcək.

Qaynarinfo.Az