Xəbər lenti

Olimpiya çempionu möcüzə sayəsində sağ qaldı (FOTO)
İdman07:13 13.12.2022

Olimpiya çempionu möcüzə sayəsində sağ qaldı (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
London 2012 və Rio 2016 Olimpiya Oyunlarında 800 metr məsafəyə qaçış üzrə yarışda qızıl medal qazanan keniyalı atlet David Rudişa təsadüfən təyyarə qəzasından sağ çıxıb.
Qaynarinfo xəbər verir ki, Rudişa və beş nəfərin olduğu təyyarə şənbə günü Keniyanın cənub-şərqindəki Kajiado qraflığında qəzaya uğrayıb. 33 yaşlı idmançı "Daily Nation"a hadisə barədə açıqlama verib. O, açıqlamasında "Təyyarənin mühərriki birdən susdu. Təyyarə havaya qalxdıqdan 7-8 dəqiqə sonra hər şey qaydasında idi. Pilot təyyarəni endirmək üçün boş yer görüb. Lakin qayalıq əraziyə enməzdən əvvəl pilot idarəetməni itirib və təyyarənin qanadlarından biri ağaca çırpılıb. Buna baxmayaraq pilot təyyarəni uzun müddət sabit saxlamaq üçün çox səy göstərdi” - deyib.
Rudişanın sağ-salamat xilas olduğu qəzada sərnişinlərdən biri Stiven Ole Marayın qabırğası sınıb. Digər sərnişinlər yüngül xəsarətlərlə xəstəxanaya yerləşdirilib daha sonraevə buraxılıblar. 
Bu Rudişanın başına gələn ilk qəza hadisəsi deyil. 2019-cu ildə Nayrobi-Kisumu şossesində hərəkətdə olarkən idmançının avtomobilinin təkəri partlayıb və avtobusla toqquşub. Buna baxmayaraq o qəzadan sağ çıxmağı bacarıb.
Səbuhi Həsənov