Xəbər lenti

Şolts G20-nin nəticələrinə yekun vurdu: Putin müttəfiqlərsiz qaldı
Dünya13:34 16.11.2022

Şolts G20-nin nəticələrinə yekun vurdu: Putin müttəfiqlərsiz qaldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Almaniya kansleri Olaf Şolts hesab edir ki, dünyanın ən böyük iqtisadiyyatlarının liderlərinin İndoneziyanın Bali adasında keçirilən sammitinin nəticəsi Rusiya prezidenti Vladimir Putinin dünyada artıq dəstəklənməməsidir.
Bu barədə Qaynarinfo Şoltsun Twitter-dəki bəyanatına istinadən xəbər verir.
"Rusiya prezidenti Putin dünyada demək olar ki, təkdir. Onun güclü müttəfiqləri yoxdur. Bu, G20 sammitinin uğurlu nəticələrinin ən mühüm nəticəsidir", - o yazıb.
Bununla yanaşı, Şolts Putinin Ukraynaya qarşı müharibəsini eyni məcrada və hava zərbələrinin köməyi ilə davam etdirməsini qəbuledilməz hesab edir.
Xatırladaq ki, G20-nin ən böyük iqtisadiyyatlarının liderləri Rusiyanın Ukraynaya qarşı təcavüzünü "ən sərt şəkildə pislədiklərini” ifadə edən bəyanat yayıblar. 
Nizami Bağırov