Almaniya tezliklə Şimali Atlantika Alyansı ölkələri arasında "Avropanın ən böyük ənənəvi ordusuna" sahib olacaq.
Qaynarinfo xəbər verir ki, bu barədə Almaniya kansleri Olaf Şolz Neue Berliner Editorial Gemeinschaft, Stuttgarter Zeitung və Stuttgarter Nachrichten qəzetlərinə müsahibəsində
bildirib.
"Almaniya tezliklə NATO daxilində Avropanın ən böyük ənənəvi ordusuna sahib olacaq", - kansler belə bir ordunun Almaniya və onun müttəfiqlərinin təhlükəsizliyini əhəmiyyətli dərəcədə artıracağını deyib.
Alpər