Xəbər lenti

Ombudsman istefa verir
Dünya10:44 14.03.2013

Ombudsman istefa verir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Avropa Birliyinin ombudsmanı Nikoforos Diamanduros istefa verəcəyini bildirib. 

APA-nın məlumatına görə, Avropa parlamentinin prezidenti Martin Şultsa məktub yazan Diamanduros oktyabrın 1-dən istefa vermək niyyətində olduğunu deyib. Ombudsman artıq 10 ildir Avropa Birliyi strukturlarında işlədiyini xatırladıb. 

Göstərilən etimada görə Martin Şultsa təşəkkür edən Diamanduros ona yeni ombudsmanın seçilməsi prosesinə start verməyi tövsiyə edib.

Qaynar.info