Xəbər lenti

“Onlar Bakını Moskvaya düşmən etmək istəyirlər” - Politoloq
Siyasət07:46 23.12.2023

“Onlar Bakını Moskvaya düşmən etmək istəyirlər” - Politoloq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"İrəvan Azərbaycanın işğalçı kimi tanıdılmasına çalışır. Belə bəyanatları da bu səbəbə səsləndirir”.
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Cümşüd Nuriyev deyib.
C.Nuriyev bildirib ki, bu oyunun arxasında Fransa dayanır:
”Paris bununla ABŞ və Fransa əsgərlərinin Ermənistanın Azərbaycanla sərhədində yerləşdirilməsinə nail olmaq istəyir. Digər tərəfdən, İrəvanla Paris Azərbaycanla Rusiya arasında münasibətləri gərginləşdirmək niyyətindədir. Hazırda Bakının Moskva ilə münasibətləri Azərbaycanın milli maraqlarına uyğundur ki, bu da Ermənistanı narahat edir. Qərb Rusiyanı Cənubi Qafqazdan sıxışdırıb çıxarmaqda maraqlıdır ki, bunun üçün də "günah keçisi” axtarır. Həmin günah keçisi rolunda isə Azərbaycanı görmək istəyirlər”.
 
Həmsöhbətimiz onların bu addımının mənasız olduğunu vurğulayıb:
"Azərbaycan öz iradəsini ortaya qoyub, heç kəsin ərazisinə daxil olmayıb. Əksinə, Azərbaycan ərazisində Ermənistan boyda bir dövlət yaradılıb. Bu hərəkət ermənilərin növbəti həyasızlığıdır və heç bir hüquqi əsası yoxdur”. 
Qeyd edək ki, Ermənistan parlamentinin sədri Alen Simonyan KTMT Azərbaycan Ordusunun Ermənistan ərazisində olduğunu elan edəcəyi və bu ordunun oradan çıxarılmasını tələb etdiyi təqdirdə, İrəvanın həmin təşkilata mövcud münasibətini dəyişəcəyini bildirib. Ardınca, Simonyan "nə qədər ki, belə bir bəanat yoxdur, deməli, KTMT də işləmir” açıqlamasını verib. 
Rüfət Sultan