Xəbər lenti

Onlar "İlin qadını" oldular - FOTOLAR
Dünya08:26 12.11.2014

Onlar "İlin qadını" oldular - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Nyu Yorkda ilin qadınları seçilib. 

Anspress-in məlumatına görə, ilin ən cazibədar zərif nümayəndələrini "Glamour" jurnalı seçib. Siyahıda 9 qadının adı var. Onlar dünyanı daha yaxşı istiqamətə dəyişməyə cəhdlərinə görə, mükafatlandırılıblar. "İlin qadınları"nı "Glamour"un oxucuları bir necə ay ərzində saytda səsvermə ilə seçiblər. 

"İlin qadını" müsabiqəsi artıq ənənəvi hal alıb. Belə ki, 10 ildir ki, bu müsabiqə baş tutur. Bu ilin nominantları arasında Çelsi Klinton (Hillari Klintonun qızı), aktrisa Lupita Nionqo, aktrisa Lavern Koks, britaniyalı dizayner Sara Berton, ABŞ-ın BMT-dəki səfiri Samanta Pauer, amerikalı jurnalist Robin Roberts, aktrisa Mindi Keylinq, okeanoqraf Silviya Erl, rusiyalı model Nataliya Vodyanova olub. 

Müsabiqənin Rusiya versiyasında isə ilin qadını adına model İrina Şeyk layiq görülüb. 

Qaynar.info