Xəbər lenti

Onlayn media pullu olacaq
Dünya06:28 28.03.2013

Onlayn media pullu olacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

İngiltərənin ən yüksək tirajlı tabloid qəzeti "Sun"un internet saytı pullu olacaq.

"Sun"un bağlı olduğu media qrupu News International (NI) tərəfindən verilən açıqlamada 2013-cü ilin ikinci yarısından etibarən qəzetin online sitesinin pullu olacağı bildirilib. Qəzetin internet saytına abunə olan oxucular İngiltərə premyer liqasının matçlarının özətlərini də "Sun Online"dan izləyə biləcəklər.

Nİ-nin baş direktoru Mayk Darsi milyonlarla oxucuya havayı xəbər oxutmağın izahı olmayan vəziyyət olduğunu söyləyib və 2013-cü ilin ikinci yarısında online səhifəni ödənişli etməyin böyük risk doğurmadığını bildirib. Gündəlik 2,4 milyon tirajla yayımlanan qəzetin internet səhifəsi hər ay 30 milyon istifadəçi tərəfindən ziyarət edilir.

Ölkənin öndə gələn ciddi qəzetlərindən olan "Daily Telegraph" isə online səhifəsindəki xəbərlər üçün "oxuduqca ödə" sistemi tətbiq edəcək. Bu sistemə görə, bir ayda 20 xəbər pulsuz oxunacaq. 20-dən çox dəfə oxunan xəbərlər üçün ayda 1,99 və ya ildə 20 steqlinq tələb ediləcək.

"Telegraph" eyni zamanda ağıllı telefon və tabletləri də əhatə edən "full dijital paket" təklif edəcək. Bu paketə abunəlik ayda 9,99, ildə 99 sterlinq olacaq. Paketlərin hamısı oxucuya 1 aylıq pulsuz olacaq.

Qaynar.info