Macarıstanın Baş naziri Viktor Orban dörd nəfərin siyahıdan çıxarılmasını tələb etdiyi üçün altı aydan bir yenilənməli olan Avrop İttifaqının Rusiyaya qarşı sanksiyalarının uzadılmasına veto qoyacağı ilə hədələyib.
Qaynarinfo xəbər verir ki, bu barədə "Politico” nəşri üç diplomata istinadən məlumat yayıb. https://www.politico.eu/newsletter/brussels-playbook/putins-eu-saboteur-grab-em-by-the-porsche-2-putins-real-problem/
Qəzet yazır ki, Macarıstan həm də uzadılma müddətinin 6 aydan 12 aya qədər artırılması təklifinə bütün digər ölkələrin dəstək verdiyi layihəyə qarşı çıxır. Sanksiyaların bir il müddətinə uzadılması Budapeştə onları sabotaj etmək və Aİ qərarlarını pozmaq üçün daha az imkan verəcək.
Çərşənbə axşamı Aİ səfirləri Macarıstanla kompromis əldə edə bilməyiblər. İki diplomat, Aİ-nin Orbanın tələbləri ilə razılaşmağa və başqalarına qarşı məhdudiyyətləri təhlükəyə atmamaq üçün dörd nəfəri sanksiya siyahısından çıxarmağa hazır olduğunu bildirib.
Aİ Rusiya müharibəsi ilə əlaqədar 1400-dən çox insana, o cümlədən oliqarxlara, parlament üzvlərinə, hərbi və təhlükəsizlik rəsmilərinə, habelə Ukraynanın işğal olunmuş ərazilərindəki Rusiya inzibatçılarına qarşı sanksiyalar tətbiq edib.
Diplomatlardan biri iddia edir ki, dörd şəxsə qarşı sanksiyaların məhkəmə perspektivi ilə bağlı hüquqi narahatlıqlar da var.
Lakin bu dörd nəfərin siyahıdan çıxarılması Macarıstana kifayət etməyib, hər iki diplomat deyib ki, ölkə həm də təklif olunan sanksiyaların 12 aylıq uzadılmasına qarşıdır. Səfirlərin çərşənbə günü müzakirə edəcəkləri ilkin kompromis, doqquz aylıq uzadılma müddətlərinə (indiki altı ay əvəzinə) keçidi görür.
Nəşr Macarıstanın Baş nazirinin konkret kimləri sanksiyalardan azad etmək istədiyini açıqlamasa da, o, fevralın 18-də çıxışında bunu qeyd edib.
"Biz Rusiya ilə iqtisadi əlaqələrimizi qoruyub saxlayacağıq, hətta bütün Qərb dünyasına bunu məsləhət görəcəyik. Çünki münasibətlər olmadan nə atəşkəs, nə də sülh danışıqları olmayacaq. Bu səbəbdən biz keşişlərin və kilsə rəhbərlərinin sanksiyalara məruz qalması ilə razılaşmırıq, bunun sənətçilərin və idmançıların başına gəlməsi olduqca pisdir", Orban deyib.
Xatırladaq ki, Slovakiyanın xarici işlər naziri Rastislav Kaçer Macarıstanın Baş naziri Viktor Orbanı Rusiya prezidenti Vladimir Putinin əlinə oynayan siyasətinə görə söyüb.
Nizami Bağırov