Martın 2-dən 3-nə keçən gecə aparıcısı Konan O'Brayen olan "Oskar" kinomükafatının təqdimetmə mərasimi keçirilib. O, mükafatlandırma mərasiminə rusiyalı aktyor Yuri Borisovun rol aldığı "Anora" filmi haqqında danışmaqla başlayıb.
Qaynarinfo bu barədə "Unian"a istinadla xəbər verir.
Konan maraqlı (və ya elə də maraqlı olmayan) bir faktı bölüşüb – "Anora" filmində ruslar haqqında danışılan səhnələrdə 100-dən çox söyüş işlədilib.
Lakin "Anora" filmi hansısa nominasiyada qalib gəlibmi?
Bütün qaliblərin siyahısı:
- Ən yaxşı film – Anora
- Ən yaxşı kişi rolu – Edrian Brodi (Brutalist)
- Ən yaxşı qadın rolu – Mayki Medison (Anora)
- Ən yaxşı rejissor işi – Şon Beyker (Anora)
- Ən yaxşı kişi ikinci plan rolu – Kiran Kalkin (Həqiqi ağrı)
- Ən yaxşı qadın ikinci plan rolu – Zoi Saldana (Emiliya Peres)
- Ən yaxşı tammetrajlı animasiya filmi – Axın
- Ən yaxşı qısametrajlı animasiya filmi – Kiparisin kölgəsində
- Ən yaxşı kostyum dizaynı – Zalımlar: Qərbin cadugəri nağılı
- Ən yaxşı orijinal senari – Anora
- Ən yaxşı adaptasiya edilmiş senari – Konklav
- Ən yaxşı qrim və saç düzümü – Substansiya
- Ən yaxşı montaj – Anora
- Ən yaxşı bədii tərtibat – Zalımlar: Qərbin cadugəri nağılı
- Ən yaxşı mahnı – El Mal (Emiliya Peres)
- Ən yaxşı qısametrajlı sənədli film – Orkestrdə yeganə qız
- Ən yaxşı tammetrajlı sənədli film – Başqa torpaq yoxdur
- Ən yaxşı səs – Dünya: İkinci hissə
- Ən yaxşı vizual effektlər – Dünya: İkinci hissə
- Ən yaxşı qısametrajlı bədii film – Mən robot deyiləm
- Ən yaxşı operator işi – Brutalist
- Ən yaxşı xarici dildə film – Mən hələ də buradayam
- Ən yaxşı film musiqisi – Deniəl Blumberq (Brutalist)
Maraqlıdır ki, "Ən yaxşı sənədli film" nominasiyasında Ukraynanın "Farfor müharibəsi" filmi də iştirak edib. Lakin qalib İsrail-Fələstin münaqişəsindən bəhs edən "Başqa torpaq yoxdur" filmi olub.
Alpər
Şərhlər