Bir müddət öncə “Hadi ordan” adlı mahnısı ilə gündəmə gələn Sevda Yahyayevadan xəbər var. Qaynarinfo.az xəbər verir ki, ifaçı yay ayları üçün ritmik janrda yeni mahnısını üzərində çalışdığını bildirib:
"Hadi ordan" qısa zamanda sevildi. Onu düşünürdüm ki, ümumiyyətlə layihə olaraq təqdim edim. Hər halda işlərimlə əlaqədar olaraq hələki yanlız mahnını təqdim etmişəm. Gələcəkdə o mahnı üçün klip çəkdirmək niyyətim var. Bütün bunlardan əlavə çox böyük bir layihə ilə məşğulam. Layihənin nədən ibarət olduğunu yaxud qiymətini açıqlamaq istəmirəm. Çünki öncədən danışmaq mənə düşmür".
Qaynarinfo.az