Xəbər lenti

Çoxmənzilli bina sakinlərini bu təhlükə gözləyir - Alimlər
Dünya06:35 26.12.2020

Çoxmənzilli bina sakinlərini bu təhlükə gözləyir - Alimlər

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Alimlər yaşayış binalarının sakinlərinin ventilyasiya səbəbindən koronavirusa yoluxa biləcəyini bildirib. 
Qaynarinfo bu barədə Fox News-a istinadla xəbər verir.
Mütəxəssislər Cənubi Koreyada bir araşdırma aparıb və müxtəlif mərtəbələrdə yaşayan insanların eyni bunada yoluxduqlarını aşkar ediblər.
Beləliklə, Cənubi Koreya evlərindən birində əvvəlcə altıncı mərtəbə sakini və ailəsinin COVID-19 testi müsbət çıxıb. Bundan sonra virus mərtəbələr arasında gəzməyə başlayıb: dördüncü, onuncu və on birinci mərtəbələrin sakinləri xəstələnib.
Elm adamları hamamdakı havalandırma bacasının infeksiyaya səbəb olduğunu müəyyənləşdirib.
Alpər