20 yaşlı amerikalı Kayli Kellinqan ali təhsil almaq üçün evində 200 min tarakan bəsləyir.
Milli.Az 2oceansvibe.com-a istinadən bildirir ki, Kayli bəslədiyi tarakanları sataraq ali təhsillə bağlı xərclərini ödləyir.
Miçiqan Universitetinin tələbəsi, Dirborn şəhərində yaşayan Kellinqanın dediyinə görə, mənzilində illərdən bəri yüz minlərlə tarakan saxlayır.
Biologiya fakültəsində oxuyan Kallinqan deyib: "Universitetin təhsil xərcini ödəmək üçün tarakan saxlayır, sonra onları ilan və kərtənkələ saxlayanlara, universitetlərə satıram. Bundan başqa, alıcılar arasında tarakan alaraq onları qeyri-adi ev heyvanı qismində saxlayanlar da var. Alıcıların sayı sürəkli artır".
Tələbənin sözlərinə görə, dünyanın müxtəlif ölkələrindən gətirilmiş 130 növdən artıq tarakanı var.
Tarakanların qiyməti növündən asılı olaraq 0,1 dollardan 500 dollara qədərdir.
Qaynar.info