Xəbər lenti

Şoyqu Şimali Koreyaya bayrama gedir
Dünya09:42 25.07.2023

Şoyqu Şimali Koreyaya bayrama gedir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiyanın müdafiə naziri Sergey Şoyqunun başçılıq etdiyi Rusiya nümayəndə heyəti iyulun 25-27-də Şimali Koreyaya səfər edəcək. Nümayəndə heyəti Şimali Koreya Müdafiə Nazirliyinin dəvəti ilə "1950-1953-cü illər Vətən Azadlıq Müharibəsində Koreya xalqının qələbəsi” münasibətilə keçiriləcək tədbirlərdə iştirak edəcək.
Qaynarinfo xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb
"Bu səfər Rusiya-Şimali Koreya hərbi əlaqələrinin möhkəmlənməsinə kömək edəcək və iki ölkə arasında əməkdaşlığın inkişafında mühüm mərhələ olacaq", - Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti bildirib. 
Sergey Şoyqu indiyədək Şimali Koreyaya səfər etməyib.
Koreya Mərkəzi Xəbər Agentliyinin press-relizində deyilir ki, hərbi nümayəndə heyətinin səfəri ölkələr arasında "ənənəvi əlaqələrin yüksəldilməsi və inkişafında mühüm məqam olacaq”. Tədbirə Çindən olan nümayəndə heyəti də gələcək.
Xatırladaq ki, yanvar ayında NATO-nun baş katibi Yens Stoltenberq Şimali Koreyanın Ukraynaya qarşı müharibə üçün "Vaqner”ə raket və mərmi tədarük etdiyini təsdiqləyib. Ağ Ev bildirib ki, Moskva sursat müqabilində Pxenyana ərzaq təklif edir.
KXDR rəhbəri Kim Çen In Rusiyanın Ukraynaya qarşı başlatdığı genişmiqyaslı müharibəni "müqəddəs mübarizə” adlandırıb və Vladimir Putinlə birlikdə güclü dövlət qurmaq istəyini bəyan edib.
Nizami Bağırov