Rusuya Federasiyasının Müdafiə naziri Sergey Şoyqu Kremlin Ukraynaya yeni hücum planlarından danışıb.
Qaynarinfo xəbər verir ki, o, bunu Rusiya Müdafiə Nazirliyinin prezident Vladimir Putinin iştirakı ilə keçirilən iclasında həyata keçirilən səfərbərliyin vəzifələrindən danışarkən
deyib.
Şoyqunun sözlərinə görə, rusiyalıların səfərbərliyi "vəziyyəti sabitləşdirmək, yeni əraziləri qorumaq və növbəti hücum hərəkətlərini həyata keçirmək” üçün həyata keçirilib.
Eyni zamanda Putin Rusiya ordusuna ümumilikdə 300 min nəfərin səfərbər edildiyini, onlardan 150 mininin poliqonlarda təlim keçdiyini bildirib.
Nizami Bağırov
Şərhlər