Pakistan 360 hindistanlını azadlığa buraxacaq.
Qaynarinfo Rosbalt.ru-ya istinadən xəbər verir ki, bu barədə Xarici İşlər Naziri Məhəmməd Faysal məlumat yayıb. Həbsdə saxlanılan şəxslərin 355-i dəniz sərhədini pozmaqda ittiham edilən balıqçılardır. Proses 8-29 aprel aralığında həyata keçiriləcək.
Rəsmi İslamabad addım qarşılığında Hindistanda həbsdə saxlanılan 347 pakistanlının azad edilməsini gözləyir.
Qeyd edək ki, son həftələrdə Hindistan və Pakistan arasında gərginlik müşahidə edilir.
Gülşən