Pakistanın Sind əyalətində keçirilən Məhərrəmlik mərasimi zamanı yaranan izdihamda 6 nəfər həlak olub.
Qaynarinfo bu barədə "News18" saytına istinadən xəbər
verir.
Dünən insanlar Aşura mərasimini qeyd etmək üçün Sind əyalətinin Rohri şəhərində toplaşıblar.
Əyalət səlahiyyətlilərinin verdiyi məlumata görə, mərasimdə izdiham səbəbindən 6 nəfərin ölüb, 100 nəfər isə xəsarət alıb. Yaralılar Taluka Xəstəxanasına yerləşdirilib.
M.Arif
Şərhlər