Xəbər lenti

Pakistanda güclü qarın yaratdığı tıxacda 21 nəfər öldü
Dünya15:59 08.01.2022

Pakistanda güclü qarın yaratdığı tıxacda 21 nəfər öldü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Pakistanın şimalında çovğun nəticəsində yaranan tıxac insan tələfatına səbəb olub.
Qaynarinfo xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Polisin məlumatına görə, tıxac nəticəsində azı 21 nəfər dünyasını dəyişib. Altı nəfər avtomobillərdə donaraq ölüb.
Pakistanın daxili işlər naziri Şeyx Rəşid Əhmədin sözlərinə görə, güclü qar yağan zaman minə yaxın avtomobil magistralda qalıb.