
Pakistanın şərqində yerləşən Lahorda partlayış törədilib.
"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, terakt nəticəsində 11 nəfər dünyasını dəyişib, azı 20 nəfər isə yaralanıb. Şəhərdə məşhur meyvəsatan mağazanın yanında törədilən partlayış böyük xaosa səbəb olub. Hadisə yerinə çox sayda polis və təcili tibbi yardım maşını cəlb olunub.
Qeyd edək ki, Lahorda bu ilin ilk 6 ayında törədilən teraktlar nəticəsində onlarla insan dünyasını dəyişib.
Pakistan-Əfqanıstan sərhəddində yerləşən bölgə tez-tez terrorçuların hədəfinə çevrilir.
Teraktı hələlik heç bir terror qrupu öz üzərinə götürməyib.
Gülşən
Qaynarinfo.Az


