Xəbər lenti

Pakistanda toyda gəzintisi faciə ilə bitdi: 94 nəfər Hind çayında batdı
Dünya13:35 19.07.2022

Pakistanda toyda gəzintisi faciə ilə bitdi: 94 nəfər Hind çayında batdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Pakistanda qayıq batması nəticəsində 20 nəfər dən çox insan həlak olub.
Qaynarinfo bu barədə "Arynews"a istinadən xəbər verir.
Pakistanın Sadiqabad bolgəsində dünən axşam Maçka yaxınlığında Hind çayında qayığın batması hadisəsindən sonra xilasetmə əməliyyatına başlanılıb. Hadisədə sağ qalanların və cəsədlərin axtarışı bu gün də davam etdirilib.
Sadiqabad Tehsil şəhərinin Machhka Birlik Şurasında 94 nəfərin çayda batdığı deyilir. Hələ ki, 21 cəsəd sudan çıxarılıb.
Polis mənbələrinin məlumatına görə, təxminən 150 nəfərlik toy iştirakçılarını daşıyan iki qayıq Rojhandan Maçkaya gələrkən onlardan biri çevrilib.
Ölkənin 1122 sayli xilasedici qrupu və rayon icra hakimiyyətinin əməkdaşları hadisə yerinə gəliblər.
M.Arif