Xəbər lenti

Pakistanın baş naziri Bin Laden barədə "şəhid" ifadəsini işlətdi
Dünya13:30 26.06.2020

Pakistanın baş naziri Bin Laden barədə "şəhid" ifadəsini işlətdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Amerikalılar bura gəldi və Bin Ladeni öldürdü. Şəhid etdi".
Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, bunu Pakistanın baş naziri İmran Xan parlamentdə İslamabad-Vaşinqton münasibətlərindən danışarkən deyib. Bildirib ki, Bin Ladenin öldürülməsindən sonra bütün dünya Pakistana təhqirlər yağdırıb və alçaldıcı ifadələr işlədiblər. ABŞ isə əməliyyatı xəbər vermədən həyata keçirib.
Xanın Əl Qaidə terror qruplaşmasının keçmiş lideri haqda danışarkən "şəhid" ifadəsini işlətməsi ölkədə narazılıqla qarşılanıb.
Camal