Xəbər lenti

Pandanın dişlədiyi adam 80 min kompensasiya aldı
Dünya18:55 18.03.2015

Pandanın dişlədiyi adam 80 min kompensasiya aldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Çində pandanın dişlədiyi adam 80 min dollar kompensasiya alıb.
Axşam.az BBC-ə istinadən xəbər verir ki, ötən ilin may ayında Çində Liziba adlı kəndin yaxınlarında zoopark işçiləri meşədə pandanı tutmaq istəyiblər. Lakin panda qaçaraq kənddə Guan Quanzhi adlı sakinin həyətinə daxil olub. Ona yaxınlaşan pandanı görən Guan təəccüb içində donub qalıb. Panda onun ayağından dişləyib və adam əməliyyat olunub.
60 yaşlı çinli pandanı qovanları məhkəməyə verərək kompensasiya tələb edib. Məhkəmə ona 80 min ödənilməsi barədə qərar çıxarıb.
Qeyd edək ki, pandalar sakit görünsələr də, iri dişləri və güclü çənə sümükləri sayəsində vəhşicəsinə dişləyə bilirlər.
Qaynar.info