
Katolik dünyasının mərkəzi Vatikanın "Cerimonieri" (mərasim təşkilatçıları) ötən ay papa seçilən Françeskodan geyiminə fikir verməsini, qara rəngli ayaqqabı və şalvar geyinməməsini tələb edib.
Qaynar.info-nun məlumatına görə, mərasim təşkilatçıları Papalıq ənənəsinə qarşı çıxan papa Françeskoya ağ şalvar və ağ corab geyinməsini xatırladıb. Bundan başqa Papaya qara ayaqqabı əvəzinə, papaların hər zaman geyindiyi qırmızı ayaqqabı geyinməsinin vacibliyini bildirib.
Qeyd edək ki, katolik dünyasında ağ rəng xoşməramlılığı tərənnüm edir.
Qaynar.info