Xəbər lenti

Paris-2024: Azərbaycan medal sıralamasında 24-cü pilləyə yüksəldi
İdman05:45 01.09.2024

Paris-2024: Azərbaycan medal sıralamasında 24-cü pilləyə yüksəldi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan Fransanın paytaxtı Parisdə keçirilən Yay Paralimpiya Oyunlarında medal sıralamasında 24-cü pilləyə yüksəlib.
"Report"un məlumatına görə, yığmanın hesabında 1 qızıl, 1 gümüş və 1 bürünc medal var.
Ötən gün Azərbaycan paraüzgüçüsü Raman Saley gümüş medal qazanıb. Daha əvvəl isə Azərbaycan parataekvondoçusu İmaməddin Xəlilov (70 kq) qızıl, Sabir Zeynalov (58 kq) bürünc medal əldə edib.
Siyahıya Çin (20 qızıl, 15 gümüş, 7 bürünc) başçılıq edir. Böyük Britaniya (11 qızıl, 8 gümüş, 6 bürünc) ikinci, Braziliya (8 qızıl, 3 bürünc, 12 bürünc) üçüncüdür.
Qeyd edək ki, paralimpiada sentyabrın 8-də başa çatacaq.