Xəbər lenti

Paris-2024: Cüdoçumuz ilk döyüşdə uduzdu
İdman10:26 30.07.2024

Paris-2024: Cüdoçumuz ilk döyüşdə uduzdu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan cüdoçusu Zelim Tçkayev Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında mübarizəyə start verib.
Qaynarinfo xəbər verir ki, 81 kq çəki dərəcəsində yer alan idmançı 1/16 final mərhələsində Fransa təmsilçisi Umar Alfa Djalo ilə üz-üzə gəlib.
Rəqibinə uduzan Tçkayev yarışla vidalaşıb.
Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq. Ötən gün digər cüdoçu Hidayət Heydərov (73 kq) olimpiya çempionu olub.