Xəbər lenti

Paris-2024: Hidayət Heydərov yarımfinalda (YENİLƏNİB)
İdman 15:31 29.07.2024

Paris-2024: Hidayət Heydərov yarımfinalda (YENİLƏNİB)

Azərbaycan cüdoçusu Hidayət Heydərov Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında 1/4 final görüşünə çıxıb.

Qaynarinfo xəbər verir ki, 73 kq çəki dərəcəsində yer alan idmançı kanadalı Artur Margelidon ilə qarşılaşıb.

Rəqibinə qalib gələn H.Heydərov yarımfinala adlayıb.

14.05
 
Azərbaycan cüdoçusu Hidayət Heydərov Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında ilk görüşünə çıxıb.

Qaynarinfo xəbər verir ki, 73 kq çəki dərəcəsində yer alan idmançı 1/8 final mərhələsində İsrail təmsilçisi Tohar Butbulla üz-üzə gəlib.

Qızıl xal bölümündə rəqibini cərimə xalları hesabına məğlub edən Heydərov 1/4 finala yüksəlib.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->