Xəbər lenti

Parisdə muzey soyğunu: 700 min dollarlıq qızıl aparıldı
Dünya 17:22 19.09.2025

Parisdə muzey soyğunu: 700 min dollarlıq qızıl aparıldı

Fransanın paytaxtı Parisdə yerləşən Milli Təbiət Tarixi Muzeyindən 700 min dollar dəyərində xam qızıl nümunələrinin oğurlandığı bildirilib.

Qaynarinfo xəbər verir ki, məlumata görə, hadisə ötən çərşənbə axşamı muzeyin Geologiya və Mineralogiya Qalereyasında baş verib. 

Vəziyyəti ilk olaraq təhlükəsizlik əməkdaşları aşkarlayıb və polisə məlumat verilib. Muzey rəhbərliyi, oğurluğun tamamilə peşəkar bir qrup tərəfindən həyata keçirildiyini, cinayətkarların birbaşa qızıl nümunələrinin saxlandığı sahəni hədəf aldığını açıqlayıb.

Muzeyin baş direktoru Emmanuel Skulios oğurlanan xam qızılların bazar dəyərinin təxminən 700 min dollar olduğunu, lakin elmi araşdırmalar, irs və ictimaiyyətə xidmət baxımından bu itkinin ölçülməz olduğunu bildirib. "Bu təsadüf deyildi, hara gedəcəklərini çox yaxşı bilirdilər", deyə Skulios qeyd edib.

Muzey rəhbərliyi hadisənin baş verdiyi qalereyada təhlükəsizlik tədbirlərinin gücləndirildiyini, lakin əlavə bildirişə qədər ziyarətçilər üçün bağlı qalacağını açıqlayıb.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->