
Mərakeşdə parlament binasının qarşısından "öpüş aksiyası" baş tutub.
ANN.Az-ın "Hurriyet.com.tr"yə istinadən xəbərinə görə, öpüşdükləri bir şəkli "Facebook"a yerləşdirdiklərinə görə saxlanılan bir cütlüyə dəstək vermək üçün keçirilən aksiyaya 50 nəfərə yaxın şəxs qatılıb.
"Kiss-in" aksiyasına yerli və xarici mətbuata böyük maraq göstərib. Aksiyada iştirak edən 10 cütlük öpüşərək saxlanılan gənclərə dəstək olublar. Saxlanmaları sosial şəbəkələrdə böyük qalmaqal yaradan gənc cütlük də aksiyada iştirak edib. Ancaq aksiyaya qarşı çıxan qrup cütlərin üstünə stul ataraq, aksiyanı dağıtmaq istəyib.
Qrupdan bir kişi aksiyaçılara qarşı çıxıb: "Biz müsəlman ölkəsində yaşayırıq və ictimai yerdə öpüşmək qadağandır. Bəsit bir öpüş başqa şeylərə səbəb ola bilər. Bunlar islama qarşı çıxan ateistlərdir". Bu xırda insidentdən sonra aksiya sakit şəkildə başa çatıb.
Aksiyanın təşkilatçılarından olan İbtissam Laçqar məsələ barəsində açıqlama verib: Biz mesajımızı verdik. Məhəbbət deyə bir şey var, insan azad şəkildə öpüşmək və qucaqlaşmaq haqqına sahibdir. Aksiyamız baş tutub. Aksiyaya subay cütlüklər qatılıb. Rabatın ortasında cütlüklər bir-biriylə öpüşdü".
Qeyd edək ki, öpüşdükləri şəkli "facebook"a yerləşdirdiklərinə görə saxlanılan cütlüyün məhkəməsi cümə günü açılıb, ancaq məhkəmə prosesinə çox sərt reaksiya verildiyindən, proses təcili şəkildə 22 noyabra qədər təxirə salınıb.
Qaynar.info












