Xəbər lenti

Parlament müxalifətin nəzarətinə keçdi
Dünya12:02 22.02.2014

Parlament müxalifətin nəzarətinə keçdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Yuliya Timoşenkonun “sağ əli” Aleksandr Turçinov Ali Radanın sədri seçilib

Ukrayna müxalifətinin tanınmış simalarından olan Aleksandr Turçinov Ali Radanın sədri seçilib.

APA-nın Ukrayna xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, parlamentin bu gün keçirilən iclasında sədr Vladimir Rıbakın istefası qəbul edilib. Keçirilən səsvermə nəticəsində A. Turçinov 288 səs alaraq, parlamentin sədri seçilib.

Qeyd edək ki, 1964-cü il təvəllüdlü A.Turçinov Yuliya Timoşenkonun rəhbərlik etdiyi “Batkivşina” (Vətən) Partiyasının liderlərindən biridir. O, Y. Timoşenkoya ən yaxın şəxslərdən biridir və onun “sağ əli” sayılır.

Qaynar.info