Xəbər lenti

Partiyası prezidentin istefasını tələb edir
Dünya06:22 28.03.2019

Partiyası prezidentin istefasını tələb edir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Əlcəzair prezidenti Əbdüləziz Buteflikanın rəhbərlik etdiyi Milli Qurtuluş Cəbhəsi Partiyası da istefa çağırışlarına qoşulub.
Qaynarinfo xəbər verir ki, partiyanın mərkəzi komitəsinin 100 üzvü məsələ ilə bağlı açıqlama ilə çıxış ediblər. Bildirilir ki, partiya Baş Qərargah rəisi Əhməd Kayed Salehin Konstitusiyanın 102-ci maddəsinin tətbiqi barədə tələbinə dəstək verir.
Əlcəzair Konstitusiyasının 102-ci maddəsinə görə, prezidentin səhhətində ciddi problem varsa, ölkə rəhbərinin vəzifələri 45 günlük məclis rəhbərinə həvalə edilir. Əgər prezidentin sağlamlıq vəziyyəti yaxşılaşmasa, o, məcburi istefaya göndərilir.
Gülşən