Xəbər lenti

Paşinyan bununla demək istəyir ki, mən siyasətin Pelesiyəm... - Petrosyan
Dünya14:35 17.02.2022

Paşinyan bununla demək istəyir ki, mən siyasətin Pelesiyəm... - Petrosyan

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Xalqın xəyallarını sındıran şəxs olan Nikol Ermənistanın demokratiya simvolu olduğunu bəyan edir. O bununla demək istəyir ki, mən siyasətin Pelesiyəm. Əgər belədirsə, onda bu insanların indi həbsxanada nə işi var?” 
Qaynarinfo xəbər verir ki, bu sözləri Ermənistan parlamentinin keçmiş deputatı Qriqor Petrosyan bu gün "Mirror” press-klubunda mətbuat klubunun divarına asılmış siyasi məhbusların fotolarını nümayiş etdirərək bildirib.
"Əgər Ermənistan demokratiyanın simvolu, qalasıdırsa, onda bu adamların həbslə nə əlaqəsi var? Nikol, mən səndən soruşuram", - Petrosyan deyib.
O, ölkə iqtisadiyyatına da toxunaraq, onun biabırçı vəziyyətdə olduğunu vurğulayıb.
"Antikoronavirus siyasəti nəticəsində biznes tamamilə ölüb. Müxtəlif işəgötürənlərdən məktublar alıram. Təsəvvür edirsinizmi, valyuta dövriyyəsi nə qədər azalıb, xidmətlərin əhatə dairəsi nə qədər daralıb”.
Petrosyan tütünə qoyulan məhdudiyyətlərdən də danışıb və vurğulayıb: "Sizaret istehsalına çətinliklər yaradılıb. Anlamırlar ki, bunun nəticəsində biznes zərər görür. Orta biznes əziyyət çəkirsə, bu, ölkədən mühacirəti artırır”.
Onun sözlərinə görə, orta səviyyədən yuxarı olan bizneslər Ermənistanı tərk etmək istəyir:
"Yəni Ermənistanda iki təbəqə qalıb: heç nəyi olmayanlar, hər şeyi olanlar. Və ölkənin belə bir cəmiyyətində düşmənçilik necə ola bilməz? Heç bir şeyi olmayan insan, hər şeyə sahib olan birini necə sevə bilər və ya əksinə? Biri digərinə qul kimi davranır, digəri qul sahibi kimi. Sonra da deyirik ki, niyə cəmiyyətdə düşmənçilik güclənir, çünki cəmiyyət indi görünməmiş qütbləşmiş vəziyyətdədir. İndi gəlin bu durumda bu şəraitdə ordunu inkişaf etdirin, gücləndirin və iqtisadiyyatı inkişaf etdirin. Bu mümkündürmü? Ermənistan xəyallarını sındıran Nikola görə ölür və çökür”.
Telman
<iframe width="790" height="432" src="https://www.youtube.com/embed/yM2IKRl71QI" title="YouTube video player" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture" allowfullscreen="">