Xəbər lenti

Paşinyan dilemma qarşısında: Qarabağ erməniləri onun üçün ağır yükə çevrilib
Siyasət10:21 14.04.2022

Paşinyan dilemma qarşısında: Qarabağ erməniləri onun üçün ağır yükə çevrilib

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Aprel ayının 14-də Ermənistan parlamentində Hökumətinin proqramının icrası və nəticələrinə dair 2021-ci il üzrə illik hesabatı müzakirə olunub.
Qaynarinfo xəbər verir ki, baş nazir Nikol Paşinyan ölkənin uğursuzluqları və nailiyyətləri ilə bağlı çıxışı zamanı, yaranmış böhrana baxmayaraq, büdcə xərclərinin azalmadığını, üstəlik əlavə xərcləri maliyyələşdirmək imkanı əldə etdiklərini bildirib. Belə ki, N.Paşinyan bu əlavə xərclərin əhəmiyyətli hissəsinin müharibədən sonra Qarabağ ermənilərinin sosial-iqtisadi problemlərinin həllinə yönəldildiyini bildirib. Onun sözlərinə görə, Ermənistan hökuməti 2020-ci ilin noyabrından 2021-ci ilin sonuna kimi Qarabağda 136 milyard dram (280 millyon ABŞ dolları) dəyərində proqram həyata keçirib. 2022-ci ilin büdcəsindən isə bu məqsədlə 144 milyard dramın (300 millyon ABŞ dolları) ayrılması planlaşdırılıb.
Daha sonra N.Paşinyan Qarabağla bağlı onun ünvanına səsləndirilən iddialara toxunaraq qeyd edib: "Bu gün elə insanlar var ki, güya Ermənistan hökümətinin Qarabağdan əlini çəkdiyi ilə bağlı əsassız iddialar səsləndirilər. Təkrar edirəm, Ermənistan indiki qədər Qarabağa dəstək verməyib. Bununla bağlı baş nazirin müavini Mher Qriqoryan çıxışında bu mövzuya daha ətraflı toxunacaq”.
"Hələ 1996-cı ildə Ermənistanda belə bir fikir irəli sürülmüşdü ki, güya Azərbaycanın tərkibində Qarabağın gələcəyi yoxdur. Lakin illər keçdi və bu gün biz görürük ki, bu fikir düzgün deyildi"
Müzakirələr zamanı Paşinyanın "Vətəndaş Anlaşması" Partiyasını təmsil edən deputat Viqen Xaçatryan da maraqlı açıqlamayla çıxış edib. Deputat bildirib ki, "hələ 1996-cı ildə Ermənistanda belə bir fikir irəli sürülmüşdü ki, güya Azərbaycanın tərkibində Qarabağın gələcəyi yoxdur. Lakin illər keçdi və demək olar  ki, bu gün biz görürük ki, bu fikir düzgün deyildi". 
Daha sonra Xaçatryan əlavə edib ki, "1988-ci il hərəkatının nəticəsi Qarabağın erməni əhalisinin boşaldılmasına gətirib çıxardı. Proseslər 400-500 min erməninin bu yerdə həyatını davam etdirə bilməməsi və ən nəhayət, Qarabağın mühüm hissəsinin itirilməsi ilə nəticələndi”.
Göründüyü kimi, qondarma rejimlə bağlı xərclər onsuz da ağır iqtisadi böhran içində olan Ermənistanın büdcəsi üçün çox ciddi bir yükə çevrilib. Məhz buna görə də, Paşinyan tez-tez çıxışlarında bir an öncə Azərbaycanla sülh anlaşmasının bağlanmasının vacibdliyindən danışır. Ermənistan Azərbaycanın ərazi bütövlüyünün tanındığı sülh müqaviləsi ilə Qarabağ ermənilərinə də problemlərinin həllinin yalnız rəsmi Azərbaycanla mümkün ola biləcyini bildirmiş olacaq.
İLHAM ƏLİYEV: 
"Ümid edirik, onlar da anlayacaq ki, Azərbaycan vətəndaşlarıdır və onlar Azərbaycan bayrağı altında yaşamalıdırlar və yaşayacaqlar."
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev aprelin 12-də bu ilin birinci rübünün yekunlarına həsr olunmuş müşavirədə Qarabağda ermənilərin yaşadıqları ərazidə qaz xəttinin nasaz vəziyyətə düşməsindən danışarkən deyi ki, biz indi qazı bərpa etmişik və ermənilər bunu qiymətləndirməlidirlər:
"Biz, sadəcə olaraq, xoş niyyət göstərmişik. İstəməsəydik, bərpa etməzdik. Kim bizə söz deyə bilər? Biz borclu idik onu bərpa etməyə? Yox! Bərpa etdik, ümid edirik, onlar da anlayacaq ki, Azərbaycan vətəndaşlarıdır və onlar Azərbaycan bayrağı altında yaşamalıdırlar və yaşayacaqlar. Bunu nə qədər tez başa düşsələr, onlar üçün o qədər yaxşı olacaq. Ona görə etmişik, humanizm göstərmişik".
Xatırladaq ki, bir müddət öncə Qarabağ iqtisadi rayonuna aid ərazidə uzun illər texniki xidmət göstərilmədən istismar olunan qazpaylayıcı xətlərdəki nasazlıq qaz təchizatında problemlərin yaranmasına səbəb olmuşdu.
"Azəriqaz" İB-nin əraziyə ezam olunmuş əməkdaşları çətin relyefli ərazidə qəzanın nəticələrinin aradan qaldırılması istiqamətində zəruri tədbirlər görüblər.
Telman Qasımov