Xəbər lenti

Paşinyan insani dəyərlərdən və Türkiyə ilə barışıq şanslarından danışdı
Dünya08:46 18.04.2023

Paşinyan insani dəyərlərdən və Türkiyə ilə barışıq şanslarından danışdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ermənistanın baş naziri Nikol Paşinyan hesab edir ki, Türkiyə ilə normal münasibətlər qurmaq üçün böyük imkan var. 
Qaynarinfo xəbər verir ki, o, bunu parlamentdə hökumət proqramının icrası ilə bağlı hesabatı təqdim edərkən deyib.
"Ermənistan məntiqi olaraq Türkiyədə baş verən dağıdıcı zəlzələyə cavab vermək qərarına gələndə qeyri-diplomatik və qeyri-siyasi amillər - bəşəri dəyərlər hesabına normallaşma ehtimalı artdı. Sonuncu da öz növbəsində bizim səmimiyyətimizə inanmasaydı, Marqara körpüsünü yükümüz üçün açmazdı”, - Paşinyan bildirib.
Bu ilin fevralında Ermənistan Türkiyəyə bir neçə humanitar yardım göndərib. Son 30 ildə ilk dəfə olaraq Marqara keçid məntəqəsi erməni yük maşınlarının keçməsi üçün açılıb.
O, əmindir ki, Ermənistan xarici işlər nazirinin fevralda Ankaraya səfəri zamanı dalğalanan bayraqlar sadəcə protokol atributları deyil, ümidsizliyin hökm sürdüyü yerdə ümidin yenidən doğulduğuna dair bəyanatdır. Paşinyan bildirib ki, zəlzələ və çətin münasibətlər tarixindən yaranan dağıntılar üzərində Ermənistan və Türkiyə bayraqları dalğalanır.
Paşinyan ümid edir ki, yaxın gələcəkdə ölkələr arasında sərhəd açılacaq və iki qonşu arasında normal münasibətlərin əsası qoyulacaq. Bu baxımdan, üçüncü ölkə vətəndaşlarının quru sərhədini keçməsi ilə bağlı razılaşmaların həyata keçirilməsi mühüm addım olacaq.
 
Alpər