Xəbər lenti

Paşinyan istefa verdi: Hökumət yenidən formalaşdırılacaq
Dünya 11:19 02.08.2026

Paşinyan istefa verdi: Hökumət yenidən formalaşdırılacaq

Ermənistanın Baş naziri Nikol Paşinyan istefa verdiyini açıqlayıb. Bununla yanaşı, ölkənin Nazirlər Kabineti də Konstitusiyanın tələblərinə uyğun olaraq səlahiyyətlərini dayandırıb.

Qaynarinfo xəbər verir ki, Paşinyan bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
 
O bildirib ki, bu addım yeni çağırış parlamentin fəaliyyətə başlaması ilə əlaqədar həyata keçirilən formal konstitusion prosedurdur.

Ermənistan Konstitusiyasının 158-ci maddəsinə əsasən, hökumət parlamentin ilk iclası günü istefa verir. Bununla belə, yeni hökumət formalaşdırılanadək baş nazir və nazirlər öz vəzifələrini icra etməyə davam edəcəklər.

Yeni baş nazir hakim fraksiyanın təqdimatı əsasında Ermənistan prezidenti tərəfindən təyin olunacaq. Bu prosesdən sonra yeni Nazirlər Kabinetinin tərkibi formalaşdırılacaq.

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->