Dünya 13:48 24.05.2022

Paşinyan müxalifətdən qorxmur, onun qorxduğu məhz budur… (RƏY)

Ermənistanda daxili siyasi vəziyyət gərgin olmaqda davam edir. Məsələ ondadır ki, etirazçıların sayı hakimiyyətə real təhlükə yarada biləcək qədər artmasa da, etiraz dalğası tam sönmür.

Etirazlar bir aydan çoxdur ki, davam edir və hamı vəziyyətin son zirvəsini gözləyir. O ki qaldı indiki hakimiyyətin siyasi nüfuzuna, demək olar ki, getdikcə azalır və bundan sonra da aşağı düşəcəyi proqnozlaşdırır. Amma məsələ ondadır ki, ictimaiyyətin də müxalifət dairələrinə bir sıra sualları var və cəmiyyətin böyük əksəriyyəti nə iqtidarı, nə də müxalifəti dəstəkləyir.
 
Elə vəziyyətin mürəkkəbliyi də buradadır. Düşünürəm ki, indiki iqtidar yaxşı bilir, indiki etirazlar nəhayət sönsə, bu, cəmiyyətin Paşinyanı dəstəkləməsi anlamına gəlməyəcək. Müxalifət meydanındakı boşluq (vakum) sonda yeni siyasi oyunçularla dolacaq və o zaman Paşinyan və onun komandasının əvvəllər hakimiyyətdə olmayanlarla rəqabət aparması üçün çətin olacaq. Onları nəyəsə görə günahlandırmaq da əsassız olacaq. Paşinyan da məhz bundan qaçır. İndiki iqtidar müxalifətin köhnə hakimiyyətin nümayəndələrindən birinin təsirinə düşməsi üçün hər şeyi edəcək, çünki Paşinyanın hakimiyyətdə qalmasına imkan verən məhz onlardır.
Hakimiyyət məqsədyönlü işləyir ki, bu gün xalq öz alternativini ancaq köhnə hakimiyyət timsalında görsün. Belə ki, yaxın gələcəkdə biz indiki etirazların nəticəsini görəcəyik, çünki müxalifət indiyədək kritik kütləni küçələrə çıxara bilməyib, hazırda bunun üçün praktiki olaraq heç bir ilkin şərt də yoxdur.

Xatırladaq ki, aprelin 17-dən Ermənistanda müxalifətin hazırkı baş nazir Nikol Paşinyanın istefası tələbi ilə etiraz aksiyaları bu günə kimi davam edir.

Telman