Xəbər lenti

Paşinyan Rusiya XİN-in bəyanatına ironiya ilə cavab verdi
Dünya09:14 20.12.2023

Paşinyan Rusiya XİN-in bəyanatına ironiya ilə cavab verdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ermənistanın baş naziri Nikol Paşinyan bəyan edib ki, Rusiyadan gələn sülhməramlı kontingent "Dağlıq Qarabağ”ın mülki əhalisini müdafiə etməyib. Onun sözlərinə görə, tanınmamış respublika əhalisinin müdafiəsi Rusiya Federal Məclisinin müvafiq qərarında sülhməramlıların göndərilməsinin məqsədlərindən biri kimi göstərilib.
Qaynarinfo xəbər verir ki, bu barədə "Kommersant" yazıb.
"Diqqəti cəlb etmək istərdim ki, Rusiya sülhməramlı qüvvələri Rusiya Federasiyası Federal Məclisinin qərarı əsasında "Dağlıq Qarabağ”a göndərilib. Və bu qərarda yazılıb ki, Rusiya sülhməramlı qoşunları mülki insanları qorumaq üçün oradadır. Bəs "Dağlıq Qarabağ”ın mülki əhalisi indi haradadır?” - Paşinyan Ermənistan İctimai Televiziyasına müsahibəsində deyib.
Belə ki, baş nazir Rusiya Xarici İşlər Nazirliyinin Ermənistanın Rusiya Federasiyası və Azərbaycan ilə əvvəllər əldə edilmiş 9 noyabr 2020-ci il tarixli razılaşmalara əməl etməməsi haqqında bəyanatını şərh edib. "Yəni noyabrın 9-da üçtərəfli bəyanatda yazılıb ki, Azərbaycan "Dağlıq Qarabağ”a hücum etməli, Rusiya sülhməramlıları isə bu zaman yerin altında qalmalıdırlar? - Paşinyan ironiya ilə əlavə edib.
Rusiya silahlı qüvvələrinin hərbi birləşməsinin 2020-ci il noyabrın 10-dan Dağlıq Qarabağa göndərilməsi haqqında qərar həmin il noyabrın 18-də Federasiya Şurası tərəfindən təsdiq edilib. Sənəddə xüsusilə qeyd olunur ki, hərbi kontingent "Dağlıq Qarabağ”ın mülki əhalisinin kütləvi şəkildə həlak olmasının və mülki obyektlərə əhəmiyyətli zərərin vurulmasının qarşısını almaq üçün” regiona göndəriləcək.
2023-cü il sentyabrın 19-da Azərbaycan "Dağlıq Qarabağ Respublikası”nda antiterror əməliyyatına başlayıb. Nəticədə qondarma respublika ləğv edilib və erməni əhalisinin əksəriyyəti bölgəni tərk edib. Bundan əvvəl Azərbaycan hökuməti Azərbaycan-Ermənistan dövlət sərhədinin delimitasiyası üzrə komissiyanın iş reqlamentini təsdiqləyib. Nikol Paşinyan qeyd edib ki, Ermənistan Azərbaycanla əldə olunmuş razılaşmalara sadiqdir və yaxın gələcəkdə sülh müqaviləsinin imzalanmasının mümkün olduğunu bildirir.
Alpər