Xəbər lenti

“Paşinyana vaxt udmaq lazımdır” - Politoloq
Siyasət09:42 23.11.2023

“Paşinyana vaxt udmaq lazımdır” - Politoloq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Əslində, bu, sülh prosesini növbəti dəfə manipulyasiya etməkdən başqa bir nəsnə deyil. Bu mənada, delimitasiya komissiyasının sərhəddə görüşməsi sadəcə görüntü xarakterlidir".
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Natiq Miri Ermənistan-Azərbaycan sərhədində delimitasiya komissiyasının iclasını keçirmək barədə tərəflər arasındakı razılığı şərh edərkən deyib. Politoloqun fikrincə, İrəvan göstərmək istəyir ki, guya sülh tərəfdarı olaraq görüşdən imtina etmir:
"Amma sözün əsl mənasında bu addım sülh danışıqları üzrə görüşdən imtina anlamına gəlir. Bakının təklifi başqa idi. Azərbaycan sülh  müqaviləsinin mətnini müzakirə etmək üçün sərhəddə görüşməyi təklif edib. İrəvan da bundan birbaşa imtina etməmək üçün delimitasiya  komissiyasının iclasını sərhəddə keçirməyi təklif etməklə sərhəddə görüşməyə razılıq verdiyi görüntüsünü yaratmağa çalışıb. Ancaq söhbət  sərhədlərin delimitasiyası ilə bağlı İşçi Komissiyasının işindən gedir. Bu isə yeni məsələ deyil. Bundan əvvəl də həmin kommisiya sərhəddə  görüşüb məsələləri müzakirə edib. Ancaq ortada konkret heç bir nəticə olmayıb. İrəvan indi də sərhəddə vasitəçi olmadan ikitərəfli görüş təklifindən imtina erməmək üçün delimitasiya üzrə komissiyanın iclasını ortaya atmaqla belə bir görüntü yaratdı".
Politoloq qeyd edib ki, belə bir görüş nəticəni dəyişməyəcək:
"Çünki indiki vəziyyətdə sərhədlərin müəyyənləşməsilə bağlı Ermənistanın hansısa konkret təkliflərinin olduğunu düşünmürəm. Azərbaycana verilən sülh müqaviləsinin mətnində konkret prinsiplər göstərilir və bunun SSRİ xərətələri əsasında razılaşdırılmalı olduğunu bildirirlər. Burada söhbət 1975-1991-ci illər ərzində olan SSRİ xəritələrindən gedir. 1929-cu ildə Zəngəzur heç bir hüquqi zəmin, əsas göstərilmədən sovet işğalı dövründə Ermənistana verilib. Bu məsələlər həll olunmadan sadəcə sərhəddə görüşüb onu müzakirə etməklə heç nə dəyişməyəcək”. 
Ekspert sözügedən fakta əsasən bildirir ki, Ermənistan ABŞ və Avropa İttifaqı kimi vasitəçilər olmadan Azərbaycanla görüşməkdən yayınır:
"Çünki bunun üçün özünə dəstək verən təminatçı dövlətlərin olmasını istəyir”. 
Qeyd edək ki, mətbuatın yazdığına görə, Ermənistan-Azərbaycan sərhədində delimitasiya komissiyasının iclası keçiriləcək. Məlumata görə, iclas noyabrın 29-30-da olacaq. Müvafiq razılaşmaları hər iki tərəf təsdiqləyib. 
Xatırladaq ki, 2022-ci ilin mayın 24-də Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan baş naziri Nikol Paşinyan sərhədlərin delimitasiyası üzrə kommisiyanın yaradılması barədə sərəncam imzalayıblar. Keçən müddət ərzində kommisiya iki dəfə toplaşıb. Onların ən son iclası bu ilin iyulunda baş tutub. 
Rüfət Sultan