Xəbər lenti

Paşinyanın istefası üçün imzatoplama kampaniyası başladı
Dünya12:31 25.02.2022

Paşinyanın istefası üçün imzatoplama kampaniyası başladı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ermənistandakı "Azadlıq Hərəkatı” təşkilatı bu gün - Andranikin ad günündə "Yerablur” (Şəhidlər Xiyabanı) panteonunda Nikol Paşinyanın istefası tələbi ilə imzatoplama kampaniyasının başlandığını açıqlayıb.
Qaynarinfo-nun məlumatına görə, hərəkatın nümayəndəsi Nairi Hoxikyan bildirib ki, kampaniya təkcə İrəvanda deyil, Ermənistanın bütün bölgələrində və  Qarabağda da aparılacaq. Onun sözlərinə görə, imzaların toplanması həm kağız üzərində, həm də onlayn rejimdə aparılacaq ki, bu da daha çox diaspora üzvü olan ermənilər üçün nəzərdə tutulub.
Nairi Hoxikyanın bildirib ki, 44 günlük müharibədə Nikol Paşinyanın "düşmən"lə antimilli, xain sövdələşməsi olmasaydı, Ermənistan bu qədər insan və ərazi itirməzdi: "Ona görə də "Yerablur"da yatan oğlanlar, general Andranik, Vazgen Sarkisyan naminə partiya maraqları olmadan birləşmək lazımdır. Biz bütün siyasi qüvvələri və ayrı-ayrı şəxsləri birlikdə bu işə qoşulmağa dəvət edirik. Çünki bu, hakimiyyət uğrunda mübarizə deyil, vətənin azadlığı uğrunda mübarizədir".
Telman