Dünya 17:04 17.05.2023

Paşinyanın oğlu oğurlandı, qaçmaq istəyərkən yaralandı (TƏFƏRRÜAT)

Mayın 17-də yerli vaxtla saat 15 radələrində Ermənistanın Baş naziri Nikol Paşinyanın oğlu Aşot Paşinyanın oğurlanmasına cəhd olunub.

Bu barədə məlumatı "Aysor” yayıb.

Bildirilib ki, A.Paşinyanı oğurlamaq istəyənlər "Oğulların çağırışı” adlı ictimai təşkilatın üzvləridir.

Onlar hökumət başçısının oğlunu zorla maşına mindirməyə çalışıblar, ancaq o, avtomobildən düşərək qaçıb.

Bu zaman həmin avtomobil Aşot Paşinyanı vuraraq yaralayıb.

Oğrular hadisə yerindən qaçaraq gizləniblər. Baş nazirin oğlu hüquq-mühafizə orqanlarına müraciət edib.

Qeyd edək ki, "Oğulların çağırışı” ictimai birliyi 44 günlük müharibədə ölən erməni hərbçilərin valideynləri tərəfindən yaradılıb. Təşkilata Ara Rüstəmyan rəhbərlik edir. "Oğulların çağırışı” ictimai birliyinin üç əsas məqsədi hökumətin istefası, milli hökumətin formalaşdırılması və yeni təhlükəsizlik arxitekturasının qurulmasıdır.//Report.az