Xəbər lenti

Paşinyanın riyakarlıq edərək dilə gətirmədiyi bir məsələ var... - Politoloq
Siyasət13:51 26.08.2021

Paşinyanın riyakarlıq edərək dilə gətirmədiyi bir məsələ var... - Politoloq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Bu, Paşinyanın növbəti manipulyasiyası və prosesi tormozlamaq cəhdidir. O, daxili ictimai rəyi aldatmaqla zaman qazanmaq üçün növbəti dəfə yalan danışır”.
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Natiq Miri Azərbaycanla əlaqələrin bərpasına hazır olduğunu deyən Ermənistan baş naziri Nikol Paşinyanın bununla belə növbəti həyasızlığa gedərək, Naxçıvana öz ərazilərindən dəhliz verməyəcəkləri, 10 Noyabr, 11 Yanvar sənədlərində dəhliz məsələsinin əksini tapmadığını söyləməsinə münasibət bildirərkən deyib. 
Həmsöhbətimiz qeyd edib ki, əraziyə başqa ölkənin qoşunları nəzarət edirsə, bu, artıq xüsusi dəhliz statusu deməkdir: 
"Son iki gündə müxalifət dava-dalaş salmaqla Ermənistan parlamentinin iclaslarını sabotaj edir. Paşinyan isə bu məqamda müxalifətin "baş nazir torpaqları Azərbaycana satır” iddialarından çəkindiyi üçün məsələni doğru yola yozmur. 10 Noyabr sənədində Naxçıvanla Azərbaycanın əsas hissəsini birləşdirəcək birbaşa dəhliz qeyd olunmasa da, kommunikasiyaların açılmasından söhbət gedir. Bu istiqamətdə Paşinyanın riyakarlıq edərək dilə gətirmədiyi bir məsələ var. Ana Azərbaycanı Naxçıvanla birləşdirəcək əraziyə nəzarət birbaşa Rusiya sərhəd qoşunlarına həvalə olunub. Paşinyan sənəddə dəhliz sözünün yazılmadığını iddia edir. Əslində buna ehtiyac da yoxdur. Əraziyə başqa ölkənin qoşunları nəzarət edirsə, bu, artıq xüsusi dəhliz statusu deməkdir”.
 
Paşinyan bu açıqlaması ilə dolayısıyla özünə lazım olan məqamda məsələni sabotaj etmək imkanını əldə saxlamaq məqsədi daşıyır: 
"Bu onların növbəti hiyləsidir. Məsələni yanlış təqdim etməklə erməni qəzəbindən sığortalanmaq istəyir. Həm də özünə beynəlxalq havadarlar axtarmaq və onların prosesə müdaxiləsinə yol açmağa çalışır. Azərbaycan bu cür davranışlara imkan verməməlidir”.
Rüfət Sultan