Patoloq, klinik farmakoloq Aleksandr Ediger yeni növ koronavirusun insan ağciyərində yaratdığı dəyişikliklər barədə fikirlərini bölüşüb.
Qaynarinfo xəbər verir ki, mütəxəssis COVID-19 olan xəstələrin müşahidəsinə, habelə infeksiyadan ölənlərin yarılmasından sonrakı nəticələrə əsaslanaraq nəticələr çıxarıb.
"Bu, ümumiyyətlə sətəlcəm deyil", - Ediger deyib. O, sətəlcəmin bir mikrob və ya mikrob-viral patogendən və ya patogenlərin kompleks birliyinin meydana gəlməsindən qaynaqlandığını izah edib. Onun sözlərinə görə, iltihabın kifayət qədər məhdud proses vaxtı var. Bu prosesin ölümlə nəticələnməsi ən ciddi hallarda baş verir.
Bununla birlikdə, Ediger koronavirus zamanı qan damarları və qan hüceyrələrinin divarlarına ciddi ziyan dəydiyini deyib. O, bunu da vurğulayıb ki, koronavirusda ağciyərlər heç də bir nömrəli hədəf olmur: "Yalnız ağciyərlərdə deyil, damarlarda və həzm sistemində olan reseptorlar da zədələnirlər”.
Ekspert koronavirusun qırmızı qan hüceyrələrində hemoqlobini zədələdəyini, bunun da hipoksik sindroma - oksigen çatışmazlığına səbəb olduğunu söyləyən Çin tədqiqatçılarının məlumatlarına istinad edib:
"Biz ağciyərlərin çöx özünəməxsus zədələnməsiylə mübarizə aparırıq. Bu virus bizi xeyli sürprizlərlə qarşılaşdırıb”.
Alpər