Vaşinqton Kiyevə kömək edərsə, Ukrayna Rusiya üzərində qələbə qazana bilər.
Qaynarinfo "Observer"ə istinadla xəbər verir ki, bunu Ukrayna Xarici İşlər Nazirliyinin keçmiş rəhbəri Pavel Klimkin deyib.
Onun sözlərinə görə, yalnız Amerika prezidenti Co Bayden Rusiya prezidenti Vladimir Putinə qırmızı xətti göstərməyə qadirdir. Klimkin əlavə edib ki, bu, nə Almaniya kansleri Angela Merkelin, nə Fransa prezidenti Emmanuel Makronun, nə də Avropa Komissiyasının gücü daxilindədir.
"İnanıram ki, ABŞ bu gün bizim əsas yardımçımızdır. Bu gün yalnız amerikalıların gücünə və sərtliyinə güvənə bilərik", - keçmiş nazir deyib. Klimkin əmindir ki, yalnız bu, "qonşu ölkə üzərində hərbi qələbənin açarıdır".
O, Rusiyanın tərəfdaşlarla birlikdə daim təmkinli olması lazım olduğunu və bunun üçün ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsinin vacibliyini vurğulaYIB. Klimkin etiraf ediB ki, Ukrayna ordusu mənəvi baxımdan güclüdür, lakin ordunun hərbi komponentlə bağlı böyük problemləri var. "Ukraynalılar döyüş ruhu baxımından həqiqətən möhtəşəmdir. Ancaq həqiqətən əraziləri müdafiə etmək üçün hərbi də daxil olmaqla mübarizənin qurulması - bütün bunlar kağız üzərindədir", - keçmiş nazir deyib.
O, əlavə edib ki, Kiyevlə Moskva arasında sülh mümkündür, ancaq hibrid sülh.
Bundan əvvəl Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev Ukraynanın Qərb üçün heç bir dəyərinin olmadığını söyləyib. "Ukrayna uğrunda döyüşəcək axmaqlar yoxdur", - o deyib.
Alpər